"Bu çox pis məqamdı" - Robert Prosineçki

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki San-Marino yığması ilə səfər oyunu öncəsi brifinq keçirib. 

Newsport.az-ın məlumatına görə, məşqdən əvvəl millimizin baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb.
 
"Hazırlıq çox yaxşı keçir. Artıq 8 gündü ki, birlikdəyik. Düzdür, bütün oyunçular lap əvvəldən bizimlə birlikdə deyildilər, ancaq istənilən halda prosesin gedişatından məmnunam. Təəssüf ki, Bədavi Hüseynov və Ruslan Abışov zədə səbəbindən bizimlə birlikdə ola bilməyəcəklər. Yüksək əhval-ruhiyyə ilə San-Marino ilə oyunu gözləyirik”.
 
- Kamran Ağayevin oyun praktikasından əziyyət çəkməsi sizi narahat etmir?
- Təssüf ki, o çox az oynayıb, ancaq məşqlərdə göstərdiyi əzmkarlıq məni qane edir. Biz ölkənin ən yaxşı qapıçılarına dəvət göndərmişik. Bütün komandada yaxşı motivasiya var.
 
- Artıq start heyəti özünüz üçün təyin etmisiniz?
- Düşündüyüm bir heyət var, ancaq onu oyundan bir gün əvvəl açıqlayacam. Qarşıda bizim hələ 3 məşqimiz var.
 
- Bədavinin yerində kimi oynatmağı düşünürsünüz?
- Bu çox pis məqamdı, ancaq biz bununla barışmalıyıq ki, o, çıxış etməyəcək. Qalan bütün oyunçularda həvəs var və hamı oynamağa hazırdı.
 
- San-Marino ilə oyunda şansları necə dəyərləndirirsiniz?
- Futbolda hər cür nəticə ilə qarşılaşmaq olar. Biz isə ora qələbə üçün gedirik. Komandama inanıram.
 
- Ufuk Budak və Toğrul Eratın çağrılmamasının xüsusi səbəbi var?
- Mən 23 oyunçu çağırmışam. Onları isə gələn dəfə çağıra bilərəm. Oyunçulara hər oyundakı çıxışlarına görə, dəvət göndərirəm. Bu dəfə kimi məqbul bilmişəmsə, onu çağırmışam.
 
- Emin Mahmudov və Ramil Şeydayev meydana çıxa bilər?
- Hələ bilmirəm. Deyəsən siz məndən bütün heyəti öyrənmək istəyirsiniz. Ancaq mən bu barədə heç nə deməyəcəm. Təəssüf ki, onlar öz klublarında oynamırlar, ancaq mən çox məmnunam. Hiss olunur ki, qəşəng məktəb keçiblər. Gələcəkdə bizə çox kömək edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right