Ramil Şeydayev: "Şadam ki, Azərbaycan millisinin düşərgəsindəyəm"

"Yalnız pozitiv emosiyalara malikəm. Şadam ki, Azərbaycan milli komandasının düşərgəsindəyəm".

Newsport.az-ın məlumatına görə, bu fikirləri millimizin futbolçusu Ramil Şeydayev səsləndirib. 

Bu gün milli komandamızın baş məşqçisi Robert Prosineçki və futbolçuların iştirakı ilə brifinq keçirilib. Brifinqdə jurnalistlər önünə çıxan Şeydayev debütantı olduğu millimiz üçün əlindən gələni edəcəyini bildirib:
 
"Ümid edirəm ki, bizdə hər şey alınacaq. Millidə olmaq futbolçu üçün yaxşı şansdır. Nə qədər çox oynasan, sənin üçün bir o qədər yaxşıdır". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right