"Neftçi"dən "Qəbələ"yə transfer olunan Ruslan Qurbanov şok açıqlaması ilə yadda qalıb.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü ayrıldığı kluba qarşı sərt ittihamlar irəli sürüb.
"Qəbələ"yə transfer olmağıma görə mənə dəstək olanlara minnətdaram. "Neftçi" azarkeşləri daima ürəyimdə qalacaq. Ancaq məni başa düşün. Son vaxtlar bu klubda vəziyyətim yaxşı deyildi. Mənimlə it kimi rəftar edirdilər. "Qəbələ"yə keçməyimin əsas səbəbi də budur. Özümü başqa komandada sınamağın vaxtı çatmışdı. Roman Qriqorçukla işləməyi çoxdan istəyirdim. Müşahidə Şurası da sağ olsun ki, mənə icazə verdilər. "Neftçi" azarkeşləri inciməsinlər. Bu klub üçün 18 qol vursam da, heç kim qiymətləndirmədi" deyə, Qurbanov sosial şəbəkədəki hesabında paylaşım edib.
Qeyd edək ki, Ruslan Qurbanov "Qəbələ"yə keçməsəydi, Avstriyanın "Ştrum" və ya Xorvatiyanın yüksək liqasında mübarizə aparan komandalardan birinə transfer olunacağını da vurğulayıb.