Elnur Məmmədov "Neftçi"dən qovuldu

Mövsümə uğursuz nəticələrlə başlayan "Neftçi"də islahatlar aparılır.
Newsport.az-ın məlumatına görə, komandanın rəhbərliyində dəyişiklik baş verib. 
 
Əldə etdiyimiz özəl məlumata görə, komandanın icraçı direktoru Elnur Məmmədov tutduğu postdan uzaqlaşdırılıb. Məsələni dəqiqləşdirmək üçün adıçəkilən şəxslə əlaqə saxlamağı qərara aldıq. Ancaq Elnur bəy telefonlara cavab vermək istəmir.
 
Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov isə xəbəri təkzib etməklə kifayətləndi. O, bu xəbərin Müşahirə Şurasının son qərarlarında Elnur Məmmədovun adının qeyd olunmamasına görə yayıldığını bildiridi.
 
Ancaq bizdə olan məlumata görə, icraçı direktor ona verilən etimadı doğrulda bilməyib. Komandanın uğursuzluqlarında ən çox təqsirləndirilən şəxs də məhz odur. Qərarın qarşıdakı günlərdə rəsmən açıqlanması gözlənilir. Buna qədər isə Məmmədovu əvəzləyəcək şəxsin kimliyinə aydınlıq gəlməlidi.
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right