Rumıniyanın "Astra” klubuna keçidi gündəmdə olan Araz Abdullayevin sözügedən komandaya transferi baş tutmayıb.
Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisinin son Rumıniya çempionuna keçidində problem yaranıb.
Əldə etdiyimiz məlumata görə, hazırda "Astra”nın dövlətə 1 milyon avro vergi borcu var. Buna görə də, Rumıniya Futbol Federasiyası komandaya transfer qadağası qoyub.
Məlumatı "Astra” klubundan da təsdiqləyiblər. Məsələ burasındadı ki, rumınlar mövcud problemi aradan qaldırmağa çalışsalar da, bu, onlarda alınmayıb.
Qeyd edək ki, Abdullayev hazırda millimizin düşərgəsindədi. Ona rumınlar iki illik müqavilə təklif edib. Bu transfer baş tutsaydı, o, "Neftçi”də aldığı maaşdan daha az qazanacaqdı.
Futbol11.az