Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilədən istifadə edən klublar yoxlama oyunları keçirilər.
Newsport.az-ın məlumatına görə, "Neftçi” də bu fürsətdən istifadə edərək, bu gün sınaq matçına çıxıb.
Paytaxt təmsilçisi "Rəvan"la qarşılaşıb.
İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.