Milli komandaların toplanışı ilə əlaqədar olaraq yaranan fasilədən istefadə edən "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, "sarı-göylər" 21 yaşadək futbolçulardan ibarət milli komandamızla qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüşdə sevinən tərəf yığmamız olub. Qarşılaşma Yaşar Vahabzadənin yetirmələrinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz "Kəpəz"lə matçdan öncə AZAL-la oyunda qüvvəsini sınamışdı və qarşılaşmada hesab açılmamışdı.