Araz Abdullayev "Neftçi"dən ayrılır: Yeni klubu da bəllidi!

Son vaxtlar "Neftçi"də əsas heyətə düşməyən Araz Abdullayev paytaxt klubundan ayrılır.
Newsport.az-ın məlumatına görə, onun yeni klubu da müəyyənləşmək üzrədi.
 
Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi karyerasını Rumıniyada davam etdirəcək. Onun xidmətində bu ölkənin "Astra" klubu maraqlıdı. Məsələni dəqiqləşdirmək üçün "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Ancaq o, bu məsələdə tələsməməyi məsləhət gördü. Yəni, klub rəsmisi xəbəri nə təsdiq, nə də təkzib etdi.
 
Bizdə olan məlumata görə, qarşıdakı günlərdə bu transfer rəsmən açıqlanacaq.
 
Qeyd eədk ki, Abdullayev hazırda millimizin düşərgəsindədi.
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right