"Qarabağ" 17 yaşadək futbolçulardan ibarət komandanı yeni baş məşqçiyə tapşırır.
Newsport.az-ın məlumatına görə, söhbət Pablo Ximenesdən gedir. Bu barədə gənc çalışdırıcının özü məlumat verib. Yaxın günlərdə ispaniyalının yeni işinin başında olacağı gözlənilir.
Qeyd edək ki, buna qədər o, ölkəsində "Uraqan" klubunun idman direktoru vəzifəsində çalışıb.