Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ" heyətini gücləndirmək niyyətindədi.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" futbolçu axtarışındadı.
Əyalət təmsilçisinin bir müddət öncə Gürcüstanın "Samtredia" klubunda çıxış edən Budu Zivzivadzenin transfer edəcəyi iddia olunurdu. Ancaq klubun meneceri Səbuhi Səfiyarlı saytımıza açıqlamasında gürcü futbolçunun xidmətində maraqlı olmadıqıarını bildirib.
Bundan başqa klub rəsmisi İsveç mətbuatında yayılan xəbərləri də təkzib edib. O, qeyd edib, "Örebru" klubunda çıxış edən Martin Broberqlə maraqlanmırlar.