"DÇ-2018"-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu San Marino yığmasına qarşı keçirəcək.
Newsport.az-ın məlumatına görə, səfərdə keçiriləcək qarşılaşmanı canlı yayımlayacaq telekanal da müəyyənləşib.
Belə ki, qarşılaşma "İctimai" kanalı vasitəsi ilə azarkeşlərə canlı təqdim olunacaq. İş burasındadı ki, millimizin rəsmi oyunları sözügedən telekanal tərəfindən əvvəlcədən paket şəkilində alınıb.
Qeyd edək ki, San Marino - Azərbaycan matçı sentyabrın 4-ü, saat 20:00-da start götürəcək.