"Qəbələ" isveçlini istədi, qarşı tərəf iki qatını tələb etdi

Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edəcək "Qəbələ" heyətini gücləndirmək istəyir.

Newsport.az expressen.se saytına istinadən yaydığı xəbərə görə, komanda "Erebru"un yarımmüdafiəçisi Erik Martin Broberq üçün təklif göndərib.

"Qəbələ"nin təklifi İsveç klubu tərəfindən müsbət qarşılanmayıb. Səbəb klubun  təklif eedilən məbləğdən iki qat artığını- 2-3 milyon kron (təqribən 25 min- 35 min dollar) istəməsidir.

"Erebru"nun idman direktoru Maqnus Skoldmark danışıqların detallarını barədə danışmaq istəməyib.

Qeyd edək ki, Erik Martin Broberq 2015-ci ilin yayından "Erebru"da çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right