"Qarabağ" Bakı Olimpiya Stadionunu da sifariş verib

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsinin ilk oyununda Çexiyanın "Slovan" klubunu qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yararsız hala düşməsi səbəbi ilə rəqibini "Dalğa Arena"da qəbul etməyi planlaşdırır.
 
Halbuki "atlılar" Bakı Olimpiya Stadionunu da seçə bilərdi. Bəs, Qurban Qurbanov niyə BOS-dan imtina edib? Bunun səbəbəni sözügedən areanın mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova açıqlayıb. O, bildirib ki, növbəti oyunlar üçün "Qarabağ" Olimpiya Stadionunun adını UEFA-ya göndərib:
 
"Ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün UEFA standartlarından kənara çıxdığı üçün artıq növbəti oyunları orada keçirə bilmir. Bütün böyük arenalarda olduğu kimi Bakı Olimpiya Stadionunda da mövsüm əvvəli renovasiya, sulama və daraqlama işləri gedir. Bu proses "Qarabağ" FK-nın stadiona baxış etməsindən öncə başlamışdır və 2 həftə davam edəcəkdir. Bu isə o deməkdir ki, stadion 15 sentyabrda keçiriləcək  "Qarabağ" - "Slovan" oyununa qədər tam hazır olacaq. Amma digər səbəblərdən klubun baş məşqçisi Qurban Qurbanov prioritet olaraq "Dalğa Arena" stadionunu seçdi. Lakin komandamız qarşıdakı digər oyunlar üçün Bakı Olimpiya Stadionunun adını UEFA-a bildirmişdir". 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right