"Berti Foqts dahidi" - Dmitri Nazarov

"Qrupda ilk oyunumuz San Marinoya qarşıdı. Onları məğlub edərək seçmə mərhələyə qələbə ilə başlamaq istəyirik".
Newsport.az-ın məlumatına görə, bu sözlərini açıqlamasında millimizin üzvü Dmitri Nazarov deyib.
 
Milliləşdirilmiş futbolçu açıqlamasında onu vaxtı ilə yığmaya dəvət edən seçməmizin sabiq baş məşqçisi Berti Foqtsu da xatırlayıb: "Həmçinin qrupumuzda son dünya çempionu olan Almaniya da yer alıb. Bu, çox gözəldir. Biz DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Buna ümid edirik. Məni yığmaya Berti Foqts dəvət edib. O, dahidir. Foqtsa çox şey borcluyam. 2012-ci ildə "Münster"də çıxış edəndə mənimlə əlaqə saxladı. Berti Foqts məni Azərbaycan yığmasında oynamağa razı salmışdı. Bu seçimimə görə peşman deyiləm. Çox şey qazanmışam. Artıq millidə 15-dən çox oyun keçirmişəm".
Xatırladaq ki, Nazarov yığmamızda 18 oyun kçeirib və 5 qol vurub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right