Premyer Liqada yaranmış fasilədən istifadə edən "Sumqayıt" yoxlama matçı keçirib.
Newsport.az-ın məlumatına görə, Samir Abasovun yetirmələri AZAL-la qarşılaşıb. "Kapital Bank Arena"da baş tutan qarşılaşmada qonaqlar minimal hesablı qələbə qazanıb. Oyunda yeganə qolu Ruslan Əmircanov vurub.