“Qarabağ”ın stadion dərdi: UEFA-dan cavab gözləyirlər!

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad hala düşməsi səbəbi bir oyunluq mərkəzi arenadan imtina edib.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi qrupun ilk matçında Çexiyanın "Slovan" klubunu "Dalğa Arena"da qəbul etmək üçün UEFA-ya müraciət ünvanlayıb. 

Ancaq "Dalğa Arena" matçın keçiriləcəyi tarixdə boş olmayacaq. Belə ki, sentyabrın 15-də Mərdəkandakı arenada 19 yaşlı qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatı çərçivəsində Azərbaycan - Ukrayna matçı keçirilməlidi. Təqvim əvvəlcədən UEFA tərəfindən təsdiqlənib.

Bundan başqa Bakı Olimpiya stadionunda həmin gün İspaniya və Latviya komandaları üz-üzə gələcək. 

"Qarabağ" çıxış yolu kimi yenidən AFFA və UEFA-ya müraciət etməlidi. Bunu saytımıza açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqlədi. O bildirdi ki, UEFA-ya müraciət edəcəklər. Əgər UEFA razılıq versə millimiz Ukrayna ilə olunu Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right