"Zirə” transfer çalışmaları davam edir.
Newsport.az saytının məlumatına görə, "qartallar" daha bir futbolçu ilə güclənib.
Yeni transfer "Qarabağ"ın futbolçusu Cavid Tağıyevdi. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Cavid Tovuzun "Rote Fahne” və "Turan” klubları ilə yanaşı, AZAL-ın da formasını geyinib. Futbolçu son mövsümü "Qarabağ”da keçirib. Tağıyev həmçinin, futbol üzrə milli komandamızın şərəfini qoruyur.