Xəbər verdiyimiz kimi, "Qarabağ" növbəti transferini reallaşdırmağa çalışır.
Newsport.az saytının məlumatına görə, Ağdam klubu Serbiya "Partizan"ından Boyan Şaranovla danışıqlar aparır.
Bunu "atlılar"ın icraçı direktoru Əmrah Çəlikəl də təsdiqləyib: "Bəli, Şaranov danışıq apardığımız futbolçular arasındadı. Ancaq rəsmi müqavilə imzalamamış, hər hansı bir açıqlama verə bilmərəm".
Qeyd edək ki, Serbiya millisinin üzvü karyerasına "Belqrad” klubunda başlayıb. O, "Belqrad”ın futbolçusu kimi "Makva Sabac”, "Bezaniya” və "Rudar” klublarında icarə əsasında çıxış edib. Şaranov daha sonra "Makkabi” (Hayfa) və "Erqotelis” klublarının şərəfini qoruyub.