"Qarabağ” növbəti transferini reallaşdırmağa hazırlaşır.
Newsport.az saytının məlumatına görə, söhbət Boyan Şaranovdan gedir.
Bu barədə saytımıza "Partizan” klubundan məlumat veriblər. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.
Mənbəmiz bildirir ki, hazırda "Partizan"da Şaranovla birlikdə 4 qapıçı var. Əgər tərəflər arasında razılıq əldə olunsa təcrübəli əlcək sahibi "Partizan"ı azad agent statusunda tərk edəcək.
Qeyd edək ki, Serbiya millisinin üzvü karyerasına "Belqrad” klubunda başlayıb. O, "Belqrad”ın futbolçusu kimi "Makva Sabac”, "Bezaniya” və "Rudar” klublarında icarə əsasında çıxış edib. Şaranov daha sonra "Makkabi” (Hayfa) və "Erqotelis” klublarının şərəfini qoruyub.
Futbol11.az