Hazırda zədədən əziyyət çəkən milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovun yaşıl meydana nə vaxt qayıdacağı hələ məlum deyil.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müdafiəçinin zədəsi ilə bağlı Newsport.az-a bunları söyləyib:
“Bədavinin əzələsində problem var. Bu, ilk belə hal deyil. Ona görə də ehtiyatlı olmaq lazımdı. Bədavinin zədəsi nə yüngüldü, nə də çox ciddi. Ola bilər ki, zədəsinin bərpası üçün daha uzun müddət lazım olsun. İndidən onun “Slovan”la oyuna qədər zədəsini sağaldıb-sağaltmayacağını demək çətindir”.