Dünən Premyer Liqanın 1-ci turu çərçivəsində "İnter" "Qəbələ"ni qəbul etdi.
Newsport.az saytının məlumatına görə, "İnter Arena" stadionunda baş tutan oyunda meydan sahibləri qonaqların qapısından 4 cavabsız top keçirdi. "İnter"in heyətində Aleksandr Amisulaşvili, Mikel Alvaro(2), Məhəmməd Mirzəbəyov fərqləndilər.
Xatırladaq ki, "İnter" növbəti oyunu səfərdə "Qarabağ" komandasına qarşı keçirəcək.