İtaliya millisinin və "Milan" klubunun əfsanəvi futbolçusu Cennaro Qattuzonun yenə Azərbaycanda işləyə biləcəyi deyilir. Onun işləri qaydasında getməyən "Neftçi"yə baş məşqçi gələcəyi söylənilir.
Newsport.az saytının məlumatına görə, Qattuzo Azərbaycana gəlməyəcək. Ötən ay İtaliyanın "Piza" klubundan ayrılan Qattuzo yenidən vətənində çalışmağa yaxındır. Belə ki, "Piza" klubuna yeni rəhbərlik gəldiyindən, Qattuzo da yenidən bu kluba qayıda bilər.
Yeri gəlmişkən, İtaliya mənbəmizə də inanmayıb bununla bağlı Qattuzonun meneceri Andrea dAmiko ilə də danışmağı məqsədəuyğun saydıq. Onun sözləri belə oldu: "Neftçi" klubu ilə hər hansısa bir danışıqlar aparmırıq. Yayılan məlumatlar həqiqəti əks etdirmir".
Qeyd edək ki, Vəli Qasımovu "Neftçi"də əvəzləyəcək şəxslər arasında Moskva "Spartak"ından ayrılan rusiyalı Dmitri Aleniçevin də adı çəkilir.
Qaynarinfo.Az