Sentyabrın 6-da Rusiya və Qana milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Newsport.az saytının məlumatına görə, görüşü azərbaycanlı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.