İcraiyyə Komitəsinin iclasının vaxtı dəyişdi

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı dəyişdirilib. 

Newsport.az-ın məlumatına görə, yığıncaq bu gün əvvəlcədən nəzərdə tutulduğu saatda baş tutmayacaq.

Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçiriləcək tədbir saat 18:00-da deyil, 19:00-da başlayacaq.

Qeyd edək ki, iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşəcək, ardınca millinin məşqini izləyəcəklər.(affa.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right