"Neftçi” birinci divizion klubu ilə yoxlama oyunu keçirəcək

Milli komandaların toplanışı ilə əlaqədar olaraq çempionatımızda yaranan fasilədən istifadə etməyə çalışan "Neftçi” birinci divizionda mübarizə aparan "Rəvan” klubu ilə yoxlama oyunu keçirəcək.

Newsport.az saytının məlumatına görə, "ağ-qaralar” bu oyunla kifayətlənmək istəmir.
 
Əldə etdiyimiz məlumata görə, Vəli Qasımovun yetirmələri daha bir yoxlama oyunu keçirəcək. Rəqib isə "Neftçi”nin əvəzedici komandasıdı. Samir Əliyevin rəhbərlik etdiyi kollektiv ilə planlaşdırılmış görüşün sentyabrın 3-də baş tutacağı gözlənilir. Oyun İsmət Qayıbov adına stadionda keçiriləcək. 
 
Qeyd edək ki, "Rəvan”la oyunu avqustun 31-nə təyin olunub. Bakılılar hər iki oyuna əsas heyətlə çıxa bilməyəcək. Buna səbəb komandanın bir neçə futbolçusunun milli komandalara dəvət almasıdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right