“Qarabağ”ın futbolçusu millimizin heyətindən kənarlaşdırıldı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.

Newsport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi Bədavi Hüseynov heyətdən kənarlaşdırılıb.
 
O, zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. "Qarabağ”ın futbolçusu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San-Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.
 
Qeyd edək ki, daha öncə "İnter” komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right