Azərbaycan millisi Çexiyanı darmadağın etdi, finala çıxdı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Kataniya şəhərində təşkil olunan Avropa Liqasının Super Final mərhələsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, millimiz qrupdakı üçüncü - sonuncu oyununda Çexiya yığması ilə qarşılaşıb.

Zeynal Zeynalovun yetirmələri çexləri də 5:1 hesabı ilə məğlub ediblər. Orxan Məmmədovun, Elvin Quliyevin hərəyə bir, Ramil Əliyevin isə iki dəfə fərqləndiyi matçda bir avtoqol qeydə alınıb. Gərgin mübarizə şəraitində keçən oyunda Çexiya komandasının yeganə qolunu avtoqolun müəllifi Yaroslav Kovarik vurub.

Əvvəlki oyunlarında Türkiyəyə 5:3, İngiltərəyə isə 2:0 hesabıyla qalib gəlmiş millimiz qrup birincisi olub. Nəticədə, komandamız digər qrupda maksimum nəticə göstərən Macarıstanla qarşılaşmaq hüququ qazanıb.

Yığmamızın Macarıstanla final qarşılaşması avqustun 28-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right