Mövsümə uğursuz başlayan "Neftçi"də baş məşqçi Vəli Qasımovun taleyinə aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi məsələ ilə bağlı ötən gün bir araya gəliblər.
Əldə etdiyimiz özəl məlumata görə, bakılıların uğursuz çıxışına baxmayaraq, Qasımov postunda saxlanılıb. Rəhbərlik ona daha bir neçə oyunda şans verməyi məsləhət bilib. Bu qərar Müşahidə Şurasının ötən günkü iclasında qəbul edilib.
Qeyd edək ki, Müşahidə Şurasının bu gün axşam saatları üçün də iclası nəzərdə tutulmuşdu.