Avropa Liqasının pley-off mərhələsində İsveçin "Höteborq” klubunu üstələyən və ardıcıl üçüncü dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq şansı qazanan "Qarabağ” istirahətə buraxılıb.
Newsport.az-ın məlumatına görə, sıx qrafiki nəzərə alan komandanın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edərək komandaya dincəlmək imkanı yaradıb.
Belə ki, Ağdam təmsilçisi avqustun 29-na qədər istirahət edəcək. Komanda ayın 29-u məşqlərini bərpa edəcək.
Ancaq "Atlılar” tam heyətlə hazırlıq keçə bilməyəvək. 10 futbolçu milliyə dəvət aldığı üçün Qurban Qurbanovun səlahiyyətində olamayacaq.
Əldə etdiyimiz məlumata görə, albaniyalı futbolçu Ansi Aqolli də komandanın iki gün sonra baş tutacaq start məşqində iştirak edə bilməyəcək. Təcrübəli oyunçu baş məşqçidən icazə alaraq vətəninə yollanıb. O, avqustun 30-da düşərgədə olacaq.