"Kəpəz"də istirahət bitir

Azərbaycan Premyer Liqasının III turunda “İnter” ilə oyundan sonra 5 günlük istirahətə buraxılan “Kəpəz” sabah məşqləri bərpa edəcək. Komanda hazırlığı Bakıda keçirəcək.

Newsport.az-ın məlumatına görə, iki həftəyə bölünən hazırlığın ilk mərhələsində futbolçular əsasən fiziki çalışmalar üzərində işləyəcəklər. İkinci mərhələdə isə komanda taktiki-texniki hazırlığa üstünlük veriləcək.

“Sarı-göylər”in avqustun 25-nə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right