"Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçiriləcək.
Newsport.az-ın məlumatına görə, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, iclas sabah, avqustun 27-də klubun inzibati binasında baş tutacaq.
Maraq üçün qeyd edək ki, sabahkı iclasda bir neçə mühüm qərarın veriləcəyi gözləniləndi. Belə ki, mövsümə uğursuz başlayan komandada baş məşqçi dəyişikliyi və bir çox dəyişikliklər ola bilər. Ehtimal olunur ki, komandanın bir neçə aparıcı futbolçusu da bir müddətlik əvəzedici komadaya göndəriləcək.