Millimiz İngiltərəni məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, millimiz İngiltərə yığmasını 2:0 hesabı ilə məğlub edib.

Qolları Sabir Allahquliyev və Hikmət Bağırov vurub.

Qeyd edək ki, turnirdəki ilk oyunda Azərbaycan millisi Türkiyəyə 5:3 hesabı ilə qalib gəlib. Futbolçularımız növbəti oyununu avqustun 27-də, saat 13:30-da Çexiya yığmasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right