"Qarabağ" və "Qəbələ"nin qazancı: 11 milyon 612 min!

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ"la "Qəbələ" pley-off mərhələsində rəqiblərini mübarizədən kənarlaşdırmaqla qruplara qaldılar.

Newsport.az-ın məlumatına görə, komandalarımızın bu uğuru onları büdcəsini də xeyli artırıb. UEFA hər iki komandamıza qrup mərhələsinə vəsiqə qazandığı üçün 2,4 milyon avro mükafat verəcək. Bundan başqa 4 mərhələni uğurla adlayan "qırmızı-qaralar" 860 min avro əlavə gəlir əldə edəcək. "Qarabağ"da isə bu məbləğ 660 min avrodur.

"Qəbələ"nin buna qədərki mükafatı 5 milyon 989 min 924 manatdı. "Qarabağ"da isə bu rəqəm 5 milyon 622 min 444 manatdı. Ümumilikdə isə klublarımız 11 milyon 612 min 368 manat qazanc əldə edib.

Qeyd edək ki, qruplarda hər qələbəyə görə 360 min avro mükafat veriləcək. Heç-heçənin mükafatı isə 120 min avrodudur. Klublarımız qrupu ilk pillədə bitirsə yarım milyon, ikinci başa vursa, 250 min avro mükafat qazanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right