“Höteborq”un baş məşqçisi: "Mançester Yunayted"lə düşsəz..."

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ” doğma azarkeşləri önündə İsveçin "Höteborq” klubunu qəbul edib. 
 

Newsport.az-ın məlumatına görə, qarşılaşma Ağdam klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qarabağ” qrup mərhələsinə vəsiqə qazanan tərəf olub. 
 

Oyundan sonra keçirilən mətbuat konfransında "Höteborq”un baş məşqçisi Yörgen Lennartsson fikirlərini bildirib:  "Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. "Qarabağ” qələbəyə layiq oyun sərgilədi. Rəqibin heyətində yaxşı futbolçular var. Oyuna yaxşı başlamışdıq. Qol buraxdıqdan sonra rəqibhücumların sayını artırdı və biz hücumların qarşısını ala bilmədik”.
 
- Meydançanın ot örtüyün pis vəziyyətdə olması oyununuza təsir etmədi?
- Hər iki komanda eyni vəziyyətdə oynadı. Meydança ilə bağlı heç nə demək istəmirəm. 
 
- Dünən əhvalınız yaxşı idi. İndi necəsiniz?
- Təbii ki, üzgünəm. Bu gün yaxşı komandaya uduzduğumuzdan sevincliyəm.
 
- Dünən oyunun belə nəticələnəcəyi gözləyirdiniz?
- İki qol buraxdıq. Erkən qollar oyunumuza təsir elədi. "Qarabağ”ı təbrik edirəm. Ümid edirəm ki, komandanız qrup mərhələsində "Mançester Yunayted”ə rəqib olacaq və onları parçalayacaq (gülür).
 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right