"Qarabağ"da Bədavi Hüseynov şoku

"Qarabağ" sabah Avropa Liqasının "pley-off" mərhələsinin cavab matçı çərçivəsində İsveçin "Göteborq" klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, ağdamlılar bu gün oyunöncəsi son məşqinə çıxıb. 

İlk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq keçən çalışmalarda ən çox diqqətçəkən məqam isə müdafiəçi Bədavi Hüseynovun komandadan ayrı məşq etməsi olub. 

Əldə etdiyimiz məlumata görə, kiçik zədəsi olan oyunçu böyük ehtimalla sabahkı matçda iştirak edə biləcək.

Qeyd edək ki, "Qarabağ" - "Göteborq" matçı sabah saat 20:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right