AZAL millimizlə qarşılaşacaq

Milli komandanın təlim-məşq toplanışı ilə bağlı Premyer Liqada yaranmış fasilədən səmərəli istifadə etməyə çalışan klublarımız yoxlama matçlarında qüvvələrini sınamaq niyyətindədi.

Newsport.az-ın məlumatına görə, 3 turdan sonra aktivindəki bir xalla turnir cədvəlinin son pilləsində qərarlaşan AZAL da fasilədən yararlanmaq istəyir. Tərlan Əhmədovun komandası bir neçə yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır.

Şüvəlan təmsilçisinin sınaqçı rəqiblərdən biri artıq məlumdu. Belə ki, "təyyarəçilər" 21 yaşlılardan ibarət milli komandamızla hazırlıq matçında üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right