Futbol üzrə milli komandamızın DÇ-2018-in seçmə mərhələsində sentyabr ayının 4-də San Marino yığması ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, yığmamız səfərə iki gün öncədən yollanacaq. Milli komandamızın San Marinoda hansı oteldə məskunlaşacağı hələlik bəlli deyil. Robert Prosineçkinin yetirmələri oyun başa çatdıqdan sonra vətənə qayıdacaq.
Qeyd edək ki, sentyabrın 4-də baş tutacaq San Marino – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.