Hafiz Məmmədov: "Məgər onlar məni tanımır? Təminat istədilər, biz də vermədik"

"Mən çox optimistəm. Ən çətin günlərdə belə, ruhdan düşmədim. İndi sabaha  daha çox ümidliyəm"

Newsport.az-ın məlumatına görə, bunu "Bakı"nın prezidenti Hafiz Məmmədov deyib.

Məşhur iş adamı sahibi olduğu klubun I Divizionda mübarizədən kənarda qalmasına münasibət bildirib. O, yeni çempionatda iştirak etməmələrini bəzi şəxslərin qərəziylə əlaqələndirib:

"Təminat məktubu istədilər, biz də vermədik. Məgər onlar məni tanımır? Bilmirlər ki, Premyer Liqanın rəsmi titul sponsoru olan "Topaz"ın səhmlər paketinin bir hissəsi mənə məxsusdu? "Topaz" Peşəkar Futbol Liqasıyla iş görür, elə isə "Bakı"dan bank zəmanəti istəmək hansı məntiqə sığır?

"Bakı"nın dirçəlməsi üçün öz tərəfimdən lazım olan bütün işləri görürəm. Akademiya ilə bağlı son göstərişlərimi vermişəm. Yeniliklərimiz çox olacaq. Bu gün "Bakı"ya barmaqarası yanaşanlar vaxt gələcək, etdikləri hərəkətlərdən peşmançılıq hissi keçirəcək".

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right