Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, yığmamız Gürcüstanın müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Bu, komandamızın ardıcıl 2-ci məğlubiyyəti olub.
Qeyd edək ki, Rafiq Mirzəyevin yetirmələri avqustun 21-də baş tutan ilk görüşdə 1:3 hesabı ilə uduzmuşdu.