Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" bu gün gecə saatlarında Gürcüstana yola düşəcək.
Newsport.az-ın məlumatına görə, hazırlıq dönəmində "bankirlər" Tbilisinin "Bomond Garden" otelində məskunlaşacaq.
Komanda təlim-məşq toplanışı çərçivəsində iki yoxlama matçı keçirməyi planlaşdırır. Zaur Svanadze ilk olaraq yetirmələrini avqustun 28-də "Qəbələ"nin Avropa Liqasının ilk təsnifat mərhələsində darmadağın etdiyi "Samtredia" ilə oyunda sınayacaq.
Bakılılar sentyabrın 1-də isə "Tsxinvali" klubu ilə qarşılaşacaqlar.
Sentyabrın 2-də vətənə qayıdacaq "İnter" növbəti tura hazırlıqlarını Bakıda davam etdirəcək.