“İnter” bu gün ölkəmizi tərk edir

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən Bakı "İnter"i bu gün gecə saatlarında Gürcüstana yola düşəcək.

Newsport.az-ın məlumatına görə, Tbilisinin "Bomond Garden" otelində məskunlaşacaq komanda təlim-məşq toplanışı çərçivəsində iki yoxlama matçı keçirməyi planlaşdırır. 

“İnter”  avqustun 28-də "Samtredia", sentyabrın 1-də isə "Tsxinvali"  ilə qarşılaşacaq.

Sentyabrın 2-də vətənə qayıdacaq  komanda növbəti tura hazırlıqlarını Bakıda davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right