SOCAR-dan “Trabzonspor” açıqlaması

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Trabzonspor”un yeni stadionuna rəsmi sponsor olacağı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Newsport.az-ın məlumatına görə, bu barədə "SOCAR Turkey”dən bildirilib.

"SOCAR-ın Türkiyədə hər hansı stadiona sponsor olacağı xəbəri həqiqətdən uzaqdır, şirkətin ümumiyyətlə belə bir planı yoxdur”, - deyə "SOCAR Turkey”dən məlumat verilib.

 
Qeyd edək ki, Türkiyə mətbuatında Trabzonda inşa edilən "Akyazı” stadionuna sponsor qismində SOCAR-ın da cəlb olunduğu barədə xəbərlər yayılıb. (report)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right