Ramin Musayev: " Yarışı keçirən mənəm və səlahiyətim çatır ki, ... "

Bu gün AFFA-nın inzibati binasında 2016/17 mövsümü üzrə Azərbaycan çempionatının 1-ci divizionunun püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, 14 komandanın mübarizə aparacağı yarışda ilk turda qarşılaşacaq cütlüklərə aydınlıq gəlib.

Ardınca PFL prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb: 

 
 
- "Şərurspor”un sahibi şəhərin bir neçə yerində bukmeker kontoru işlədir.
- Gəlin gedək baxaq, harda yerləşir? Bizdə şər atmaq asandı. Onlar kontor sahibidirlərsə, niyə pul xərcləyib, komanda saxlayırlar?

- Əvvəl demişdiniz ki, 300 min bank təminatı verməyən komandaların liqaya buraxılmayacaq...
- "Energetik”in sponsoru icra başçısıdı. Pul məndə seyfdədi, istəyirsiniz göstərim. "Turan Tovuz”u biz maliyyələşdiririk, ondan mən necə pul alım? Məsələn, "Şuşa” təminat verə bilmədi, buraxmadıq. "Bakı”nın təminatına şübhəmiz var idi, qəbul etmədik. Müdafiə Nazirimiz MOİK-ə tapşırıq verib ki, oynayıb, Premyer Liqaya vəsiqə qazanıb. Şübhəniz olan bütün klublardan pul almışam. "Səbail”in sponsorunu tanıyıram, ondan mən necə təminat alım? "Bakı”nın sponsoru yoxdu, mən ondan necə təminat alım?

- Bu il yayım necə olacaq?
- Çalışacağıq ki, maraqlı oyunları yayımlayaq. Elə matçlar var ki, həmin görüşələrə maraq yoxdu. Hansı ki, həmin oyunlarda milliyə namizəd futbolçular var. Bu cür qarşılaşmaları göstərmək marağındayıq.

- Diviziona sponsor danışıqları olub?
- Çox ciddi bir şirkət sposnorluq etmək istəyirdi. Sadəcə, vergiyə görə imtina etdilər.

- Qeyd etdiniz ki, bəzi komandaları tanıyırıq və təminata ehtiyacımız yoxdu. Onda əsasnamə nəyə lazımdı?
- Bu əsasnamədə qeyd olunub. Diqqətlə oxusanız görərsiniz ki, belə hallar PFL-in ixtiyarındadı. Yarışı keçirən mənəm və səlahiyətim çatır ki, kimlərdən təminat ala bilərəm, kimlərdən yox.

- Sizdə əvvəlcədən hansısa danışılmış oyunlarla bağlı məlumat olarsa, ekspert komisiyası bununla bağlı nə işlər görəcək?
- Elə bir kommisya var. Şəxsən "Qaradağ Lökbatan” – "Şərurspor” oyununda nümayəndələrimiz var idi. Bizə də maraqlıdı ki, bu faktı sübut edib, onları çempionatdan uzaqlaşdıraq ki, digərlərinə də dərs olsun.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right