Ramin Musayev: "Heç kimə güzəşt olmayacaq"

"Bir neçə ildi ənənə halını alıb ki, klublar Premyer Liqaya gələ bilmirlər. Bunun günahı nə AFFA-da, nə PFL-dədi”.

Newsport.az-ın məlumatına görə, bu sözlər PFL-nın prezidenti Ramin Musayəvə məxsusdur.
 
Bu gün Azərbaycan çempionatının birinci divizionun püşkatma mərasimi keçirilir. Mərasimdə çıxış edən Musayev bu mövsümkü planlar haqqında danışıb: 
 
"Bu il Premyer Liqanı bir klub tərk edəcək. Birinci diviziondan isə 3 komanda elitaya yüksələcək. Klublar indidən işlərini qayadasına salmalıdıə. Şəxsən "Neftçala”nın çempionatdan uzaqlaşmasının əleyhinə oldum. Təəssüf ki, bir-iki sənədə görə komanda dağıldı”. 
 
Ramin Musayev bildirib ki, yeni komandaların yaranması futbolçuların çöldə qalmaması deməkdi: "Futbolçu futbol oynamalıdı. Bir komandanın olması 40 ailənin çörək qazanması deməkdi. Buna görə "Səbail”ə təşəkkür edirəm ki, sponsor tapıb klub yaratdılar. 13 komanda olsaydı, iştirakçılardan biri hər tur istirahət edəcəkdi”.
 
Ramin Musayev diiviziondakı limit məsələsinin necə olacağı barədə də fikir bildirib: "Limit məsələsini də qaldırdım və müsbət cavab aldım. Birinci divizionda das limit Premyer Liqadakı kimi olacaq. Bu, komandaların elitaya hazırlaşması üçün atılan addımdı”.  
 
PFL başqanı bildirib ki, "Göyəzən” və "Şəmkir” komandalarına köməklik edib: "Göyəzən”ə kömək etmişəm. "Şəmkir”i mən dağılmağa qoymamışam. Bu vətənin çörəyini yeyiriksə,borcumuzdu. Bunu kiminsə başına qalxmıram. 14 komandanın hamısı dostumuzdu. Pis qəbul etməyin, mən olmasaydım indi "Turan Tovuz” yox idi. Futbol bölgələrdə inkişaf etməlidi”.
 

Musayev çempionat boyu heç bir komandaya güzəşt olmayacağını vurğulayıb: Çempionat boyu heç bir komandaya güzəşt olmayacaq. Mənim nəzarətə götürdüyüm "Mil-Muğan"a isə heç nəzarət olmayacaq. Komandanın baş məşqçisi Aqil Məmmədov bacarığını ortaya qoymalıdı”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right