I Divizionda mübarizə aparan "Səbail" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi ötən mövsüm "Xəzər Lənkəran"ın şərəfini qoruyan Ruslan Cəfərovu transfer edib. 23 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" daha öncə "Neftçi"dən Etibar Süleymanov və Təyyar Məmmədovu icarəyə götürüb, Ruslan Poladov və Asif Mirili ilə 1 illik müqavilə imzalamışdı.