“Qarabağ”ın oyununu canlı yayımlayacaq telekanal

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qarabağ” pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Höteborq”u qəbul edəcək. 
 

Newsport.az-ın məlumatına görə, sözügedən oyunu canlı yayımlayacaq telekanalın adı müəyyənləşib. 
 
Klubdan əldə etdiyimiz məlumata görə, qarşılaşma İdman Azərbaycan telekanalı vasitəsi ilə canlı yayımda azarkeşlərə təqdim olunacaq.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq "Qarabağ” - "Höteborq” oyunu avqustun 25-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right