“Qarabağ” - “Neftçi” oyununu nə qədər azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının 3-cü turunun azarkeş sayı məlum olub.

Newsport.az-ın məlumatına görə, turun azarkeş rekordu Masazırda qeydə alınıb. Burda, "Əlincə Arena"da keçirilmiş "Qarabağ" - "Neftçi" oyununda (3:0) 2500 tamaşaçı olub.

Turun digər iki oyununda isə eyni sayda azarkeş qeydə alınıb. Belə ki, həm "İnter Arena"dakı "İnter" - "Kəpəz" (2:2), həm də Zirə İdman Komleksinin stadionunda keçirilmiş "Zirə" - AZAL oyununu (3:1) cəmi 500 tamaşaçı izləyib. Bu tur keçirilməli olan "Qəbələ" - "Sumqayıt" matçı isə qeyri-müəyyən vaxta təxirə salınıb.

Ümumilikdə, bu tur baş tutmuş 3 oyunu cəmi 3500 tamaşaçı tribunalardan izləyib. Bu da, hər oyuna orta hesabla 1166 azarkeş deməkdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right