“Qarabağ” Azərbaycanın ən güclü komandasıdır" - Robert Prosineçki MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Qarabağ” – “Neftçi” matçından sonra jurnalistlərə müsahibə verib. 

Newsport.az həmin müsahibəni təqdim edir:

- "Qarabağ" xoşunuza gəldi?

- "Qarabağ" Çexiya "Viktoriya"sını keçə bilməsə də, Çempionlar Liqasının pley-off mərhələsində oynamağa layiq idi. Çox təəssüf ki, "Qarabağ" səfərdə İsveç "Qöteborq"una uduzdu. Halbuki, bu oyunda da çox yaxşı təsir bağışladılar. İnanıram ki, "Qarabağ" bu komandanı keçib, Avropa Liqasının qrup mərhələsində oynaya biləcək. Ümumiyyətlə, "Qarabağ" son illərdə sabit çıxış edirlər, Azərbaycanda ən güclüdürlər.

- Bəs “Qəbələ” haqda nə deyə bilərsiniz?

-  “Qəbələ” də yaxşı oyun nümayiş etdirir. Baxmayaraq ki, yeni futbolçular alıblar, amma həmin futbolçular komandaya çox tez uyğunlaşdılar. “Maribor”a qarşı da yaxşı oynadılar və layiqli qələbə qazandılar.

- Razısınız ki, "Neftçi" hər mövsüm daha da zəifləyir, "Qarabağ" isə sabit çıxış edir?

- "Neftçi"dən hamımız daha yaxşısını gözləyirik, amma bunu görə bilmirik. İndi bu komanda öz imkanlarından aşağı çıxış edir.

- Yığma komanda bu yay az qala klublardan çox futbolçu transfer edib. Mahmudov, Şeydayev, Dəniz Yılmaz. Belə demək mümkünsə Prosineçki yığmada klub siyasəti yeridir...

- Şedayev Rusiyanın U-19, U-21 millilərində oynayıb, hazırda da “Trabzonspor”a transfer olunub. Razılaşarsınız ki, “Trabzonspor” Türkiyənin ən güclü klublarından biridir. Düşünürəm ki, milliyə də xeyir verəcək.  Klub siyasəti deyəndə ki, futbolçu yaxşı oynayırsa niyə də milliyə dəvət olunmasın? Biz yaxşı oyayan yeni futbolçuları da milliyə dəvət edirik. Çünki onlar da azərbaycanlıdır.

- Dəniz Yılmaz da azərbaycanlıdır?

- AFFA artıq 3 ildir ki, Dəniz Yılmazla danışıq aparır. 3 il budan qabaqdan onu milliyə cəlb etmək istəyirdik. Lakin o vaxt o istəməmişdi. Özü azərbaycanlı olmasa da bildiyimə görə, azərbaycanlı kökük var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right