Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ” "Neftçi”ni qəbul edir.
Newsport.az-ın məlumatına görə, Ağdam klubunun yeni transferi Dino Ndlovu yeni komandasının heyətində bu gün debüt edə bilər.
PFL-in mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, "atlılar” CAR millisinin üzvünü bu gün sifariş edib. Onun adı "Neftçi” ilə oyunun iştirak ərizəsinə daxil edilib.
Qurban Qurbanov şans versə Ndlovu meydana əvəzetmədən daxil olacaq.
Qeyd edək ki, bu gün səhər saatlarına qədər "Qarabağ” yeni transferini sifariş verməmişdi.