Dino Ndlovu "Neftçi"yə qarşı oynayacaq?

Bu gün Premyer Liqanın 3-cü turu çərçivəsində "Qarabağ" "Əlincə Arena"da "Neftçi"ni qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, zədəsini sağaldan Əfran İsmayılov Qurban Qurbanovun şans verəcəyi təqdirdə paytaxt klubuna qarşı oynayacaq. Lakin Ağdam təmsilçisi hücumçusu Dino Ndlovunun xidmətində istifadə edə bilməyəcək. Buna səbəb "Qarabağ"ın cənubi afrikalı hücumçunun adını PFL-in iştirak ərizəsinə daxil etməməsi olub.

Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"ın heyətində debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right